Premyer Liqada ən gənc debütant
“Kəpəz”in hücumçusu Raul İsaqov Azərbaycan Premyer Liqasının bu mövsümündə meydana çıxan ən gənc futbolçu kimi tarixə düşüb.
Sportlife.az xəbər verir ki, İsaqov XXXII turda “Araz-Naxçıvan”la keçirilən səfər görüşündə ilk dəfə Premyer Liqa şansı qazanıb.
O, qarşılaşmanın 81-ci dəqiqəsində oyuna daxil olub və debüt matçına 16 yaş 162 günlüyündə çıxaraq mövsümün rekordunu müəyyənləşdirib.
Qeyd edək ki, Gəncə təmsilçisi səfərdə “Araz-Naxçıvan”a 0:2 hesabı ilə məğlub olub.