Kərim Rossi Qazaxıstan yolunda - Premyer Liqadan iki klub hərəkətə keçdi
“Şamaxı”nın hücumçusu Kərim Rossi yay transfer dönəmində komandasını dəyişə bilər.
Sportlife.az “amanvibe.kz” saytına istinadən xəbər verir ki, Qazaxıstan Premyer Liqasının iki klubu təcrübəli forvardın xidmətində maraqlıdır.
Rossi ilə maraqlanan komandaların adları açıqlanmasa da, tərəflər arasında ilkin təmasların olduğu vurğulanır.
İsveçrəli hücumçu bu mövsüm “Şamaxı”nın heyətində stabil çıxışı ilə diqqət çəkib. O, bütün turnirlər daxil olmaqla meydana çıxdığı 30 qarşılaşmada 9 dəfə rəqib qapılarına yol tapıb.