Macarıstan sonrası Sloveniya mərhələsi

  • Dünən, 13:16

Avropa Liqasına hazırlaşan Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb.

Sportlife.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Bildirilib ki, hazırlıq prosesi çərçivəsində komanda Macarıstan yığması ilə birgə məşqlər edib, həmçinin iki yoxlama oyunu keçirib.

Bu qarşılaşmaların hər ikisi Azərbaycan millisinin qələbəsi ilə (3:0, 3:1) yekunlaşıb. Hazırlığın növbəti mərhələsində komanda Macarıstandan Sloveniyaya yola düşüb və mayın 29-dək Maribor şəhərində təlim-məşq toplanışını davam etdirəcək. Burada da yoxlama oyunlarının keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, yığma Avropa Liqasındakı ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda millinin rəqibləri İsveç və Estoniya seçmələri olacaq.


Paylaş: