“Kayzerslautern”də Mahir məsələsinə nöqtə

  • Dünən, 13:33

Mahir Emrelinin Almaniyadakı karyerası başa çatmaq üzrədir. “Kayzerslautern”də yaşanan gərginlikdən sonra Azərbaycan millisinin hücumçusunun yayda komandadan ayrılacağı bildirilir.

Sportlife.az xəbər verir ki, bu barədə “Südwest24” nəşri məlumat yayıb.

Məlumata görə, klubun baş məşqçisi Torsten Liberknext artıq Mahir Emreli ilə bağlı qərarını verib. Mənbə iddia edir ki, almaniyalı mütəxəssis 27 yaşlı hücumçunu komandasında görmək istəmir.

Bu səbəbdən futbolçunun özünə yeni klub axtarmasında problem yaradılmayacağı vurğulanıb.

Qeyd edək ki, Mahir Emrelinin anası Elnurə Emreli bir neçə gün əvvəl mətbuata verdiyi açıqlamada futbolçu ilə Torsten Liberknext arasında problem yaşandığını təsdiqləmişdi.


Paylaş: