“Neftçi” iki oyun keçirəcək

  • Dünən, 10:21

“Neftçi”nin qadınlardan ibarət 3×3 basketbol komandası Çinin Şanxay şəhərində keçiriləcək Dünya Seriyasının mərhələsində bu gün mübarizəyə start verəcək. Komanda iki görüş keçirəcək.

Sportlife.az xəbər verir ki, “ağ-qaralar” əvvəlcə Taylandla üz-üzə gələcək. Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv ikinci görüşdə Niderlandın “Amsterdam” komandası ilə münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, Dünya Seriyasının Şanxay mərhələsinə mayın 17-də yekun vurulacaq.


Paylaş: