Olimpiya mükafatçımızdan Avropa çempionatında uğursuzluq
Almaniyanın Münhen şəhərində keçirilən taekvondo üzrə Avropa çempionatında Azərbaycan millisinin daha üç üzvü mübarizəyə qoşulub.
Sportlife.az xəbər verir ki, Qaşım Maqomedov (58 kq), Elcan Əliyev (80 kq) və Məryəm Məmmədova (53 kq) bu gün tatamiyə çıxıb.
Məmmədova ilk mərhələni uğurla keçsə də, 1/8 finalda məğlub olaraq yarışı medalsız başa vurub.
Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Qaşım Maqomedov və Elcan Əliyev isə ilk raundda məğlub olaraq mübarizəni dayandırıblar.
Xatırladaq ki, çempionatın ilk günündə Riyad Şirəliyev və Əkbərova da medal qazana bilməyib.
Avropa çempionatı mayın 14-dək davam edəcək.