“Sabah”dan yarım milyonluq transfer iddiası
Timoteuş Puxaç karyerasını Azərbaycanda davam etdirəcək.
Sportlife.az xəbər verir ki, bu barədə Polşanın Meczyki.pl portalı məlumat yayıb.
Qeyd olunub ki, “Sabah” futbolçunun transfer hüquqlarını Almaniyanın “Holştayn Kil” klubundan birdəfəlik almağa qərar verib.
Tərəflər arasında danışıqlar yekunlaşıb və rəsmi imzaların yaxın günlərdə atılması gözlənilir. Futbolçu ilə 3 illik müqavilə imzalanacaq.
Transfer məbləğinin bir neçə yüz min avro olduğu qeyd edilir. Transfermarkt portalı isə keçidin dəyərinin 1 milyon avroya qədər çata biləcəyini yazır.
Puxaç bu mövsüm 32 oyunda 2 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.