PFL qalibi mükafatlandırdı

  • 20 Dekabr 2025, 17:30

Azərbaycan Premyer Liqasında "Ayın qolu" layihəsi çərçivəsində noyabr ayının ən yaxşı qolunun müəllifi olan "Zirə"nin futbolçusu Leroy Mikels mükafatlandırılıb.

Sportlife.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.

Mükafatı futbolçuya XVI turun "Zirə" – "İmişli" görüşündən əvvəl PFL-in Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.


Paylaş: