Veteran futbolçu vəfat etdi

  • 6 May 2026, 14:30

İtaliyanın “İnter” komandasının keçmiş futbolçusu Evaristo Bekkalossi dünyasını dəyişib.

Sportlife.az xəbər verir ki, 69 yaşlı veteranın ölümünə uzun sürən xəstəlik səbəb olub. O, Breşiyada müalicə aldığı klinikada vəfat edib.

Evaristo Bekkalossi 1980-ci ildə A Seriyasını və ölkə kubokunu qazanıb. O, həmçinin "Sampdoriya”nın heyətində İtaliya Kubokuna sahib çıxıb.


Paylaş: