DÇ-2026-nın rəsmi topu təqdim olundu

  • 3 Oktyabr 2025, 12:34

FIFA 2026-cı il dünya çempionatının rəsmi topunu təqdim edib.

Sportlife.az xəbər verir ki, "Adidas" tərəfindən hazırlanmış top TRIONDA adlanır. Onun qırmızı, yaşıl və mavi dizaynı üç ev sahibi ölkəyə - Kanada, Meksika və ABŞ-a işarə edir.

TRIONDA ispan dilindən tərcümədə "üç dalğa" kimi tərcümə olunur və digər unikal və innovativ dizayn elementləri ilə birlikdə ilk dəfə olaraq üç ev sahibi ölkənin - Kanada, Meksika və ABŞ-ın mundiala ev sahibliyi etmək üçün birləşməsi faktını simvollaşdırır.


Paylaş: